“Fantaziyanı biç, çantaya çevir” müsabiqəsinin səsvermə mərhələsinə start verilir
Bakı, 26 may, AZƏRTAC
“WorldSkills Azerbaijan” platforması tərəfindən 14-25 yaşlı yaradıcı gənclər arasında elan edilmiş “Fantaziyanı biç, çantaya çevir” müsabiqəsi üzrə əl işlərinin təhvili prosesi artıq başa çatıb. Müsabiqə çərçivəsində qeydiyyatdan keçmiş 60-a yaxın iştirakçı hazırladıqları ekoçantaları təşkilatçılara təqdim ediblər.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, növbəti günlərdə əl işlərinin iki mərhələdən ibarət qiymətləndirilməsi prosesi həyata keçiriləcək. Mayın 28-30-da keçiriləcək I mərhələdə “WorldSkills Azerbaijan” platformasının feysbuk səhifəsi üzərindən anonim qaydada açıq səsvermə kampaniyası baş tutacaq. İkinci mərhələdə isə peşəkar münsiflər heyəti 6 meyar üzrə əl işlərini qiymətləndirəcək. Birinci mərhələ müvafiq olaraq ümumi qiymətləndirmənin 25, ikinci mərhələ isə 75 faizini təşkil edəcək.
Xatırladaq ki, “WorldSkills Azerbaijan” bacarıqların inkişafı üçün milli platformadır. Bu platforma gənclərə dünyanın ən nüfuzlu bacarıq olimpiadasında iştirak və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [22:15]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [20:48]
ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]