Fələstin-İsrail münaqişəsi nəticəsində doqquz rusiyalı itkin düşüb
Bakı, 17 oktyabr, AZƏRTAC
Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən sonra itkin düşən rusiyalıların sayı doqquz nəfərə yüksəlib, ikili vətəndaşlığı olan bir Rusiya vətəndaşının adı isə HƏMAS hərəkatının əsirlər siyahısındadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov mətbuat konfransında deyib.
“Oktyabrın 17-nə olan məlumata görə, HƏMAS hərəkatının hücumu nəticəsində həm Rusiya, həm də İsrail vətəndaşı olan 16 nəfər həyatını itirib, ikili vətəndaşlığa malik doqquz rusiyalı itkin düşüb, bir nəfər isə HƏMAS hərəkatı tərəfindən əsir götürülüb”, - deyə səfir bildirib. Onun sözlərinə görə, əsirlikdə olan rusiyalıların sayı daha çox ola bilər.
“Rusiya atəşkəs rejiminin təcili olaraq bərpa edilməsini və münaqişə zonasındakı dinc əhali üçün humanitar dəhlizin açılmasını vacib sayır”, - deyə Anatoli Viktorov əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:11]
İqlim dəyişmələri son 40 ildə Avropa İttifaqına 822 milyard avro zərər vurub
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]