FƏLƏSTİN MUXTARİYYƏTİNİN BAŞÇISI ZATİ-ALİLƏRİ CƏNAB MAHMUD ABBASA
Zati-aliləri,
Fələstin Muxtariyyətinin Başçısı vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Əminəm ki, dostluq və əməkdaşlıq münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Fələstin xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
13 yanvar 2005-ci il.