“Fənərbağça” Kevin De Bruyneyə həftəlik 250 min funt-sterlinq maaş təklif edib
Bakı, 29 dekabr, AZƏRTAC
Türkiyənin “Fənərbağça” komandası “Mançester Siti”nin (İngiltərə) futbolçusu Kevin De Bruyneni transfer etməkdə israrlıdır.
AZƏRTAC xəbər verir ki, İstanbul klubu belçikalı yarımmüdafiəçi üçün həftəlik 250 min funt-sterlinq maaş verməyə hazırdır. 33 yaşlı oyunçuya ABŞ və Səudiyyə Ərəbistanı klublarından da təkliflər var.
“Mançester Siti” futbolçu ilə gələn ilin yayında başa çatacaq müqavilənin daha bir il uzadılmasını istisna etmir.
Qeyd edək ki, Kevin De Bruyne bu mövsüm “Mançester Siti”nin heyətində 16 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı bazar dəyəri 35 milyon avrodur.
AZƏRTAC-0-
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]