“Fənərbağça” klubu Türkiyə çempionatına uğurla start verib
Bakı, 12 avqust, AZƏRTAC
Avqustun 11-də futbol üzrə Türkiyə Superliqasında birinci turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, ötən mövsümün ikincisi “Fənərbağça” klubu öz meydanında “Bursaspor” kollektivinə 2:1 hesabı ilə qalib gəlib.
Matçın 16-cı dəqiqəsində qonaq komanda hesabı açıb - 0:1. Lakin çox keçməmiş meydan sahibləri on bir metrlik cərimə zərbəsi ilə hesaba tarazlıq gətiriblər - 1:1. Matçın 30-cu dəqiqəsində isə “Fənərbağça” futbolçuları ikinci topu rəqibin qapısından keçirərək hesabda irəli çıxıblar - 2:1. Matçın ikinci hissəsində tərəflərin səylərinə baxmayaraq, hesab dəyişməyib.
Beləliklə, yeni baş məşqçi Filip Kokunun rəhbərliyi altında “Fənərbağça” çempionata qələbə ilə start verib.
Günün digər oyunlarında isə “Kasımpaşa” səfərdə “Rizəsporu” 3:2, “Sivasspor” isə öz meydanında “Alanyaspor”u 1:0 hesabları ilə üstələyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]