“Fənərbağça” Türkiyə kubokunun yarımfinal mərhələsinə vəsiqə qazanıb
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 12-də futbol üzrə Türkiyə kuboku yarışlarının dörddəbir final mərhələsinin birinci cavab qarşılaşması keçirilib.
“Fənərbağça” doğma meydanda “Kırklarelispor”u minimal hesabla məğlub edib - 1:0.
AZƏRTAC xəbər verir ki, görüşdə yeganə qolu 50-ci dəqiqədə İstanbul təmsilçisinin hücumçusu Mövlud Erdinc vurub.
Qeyd edək ki, birinci oyunda 3:0 hesabı ilə qalib gələn İstanbul klubu yarımfinala vəsiqə qazanıb.
Turnirin dörddəbir final mərhələsinin digər görüşü - “Qalatasaray” -“Alanyaspor” fevralın 12-də, “Ərzurumspor”- “Trabzonspor”, “Sivasspor”-“Antalyaspor” matçları isə fevralın 13-də keçiriləcək.