Fərhad Dəjpəsənd: İran işğaldan azad edilən rayonlarda məscidlərin bərpasına kömək göstərməyə hazırdır
Tehran, 18 yanvar AZƏRTAC
Müharibə edən tərəflər adətən dini abidələrə toxunmurlar. Lakin ermənilərin Azərbaycan ərazisində etdikləri hərəkətlər təəssüf doğurur.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın iqtisadiyyat və maliyyə işləri naziri Fərhad Dəjpəsənd deyib. O bildirib ki, işğal edilmiş Qarabağda məscidlərə qarşı edilən hörmətsizlik yolverilməzdir. Müasir dünyada belə hərəkətlər vəhşilik kimi qiymətləndirilməlidir.
Nazir diqqətə çatdırıb ki, İran işğaldan azad edilən rayonlarda məscidlərin bərpasına yaxından kömək göstərməyə hazırdır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:35]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]