Fərid Qayıbov: Şuşada ilk beynəlxalq turnir yüksək səviyyədə keçirildi
Şuşa, 10 iyul, Leyla Qurbanova, AZƏRTAC
Şuşada ilk beynəlxalq turnir yüksək səviyyədə keçirildi. Yarışda təşkilatçılığa görə Azərbaycan Velosiped Federasiyasına, onların tərəfdaşlarına, könüllülərə, ümumiyyətlə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin yekunu ilə bağlı danışarkən bildirib.
Nazir qeyd edib ki, yarış zamanı Şuşada olarkən Vətən müharibəsində igidliklə vuruşan əsgərlərimizin qəhrəmanlığını bir daha xatırlayıb: "Azərbaycanın qəhrəman oğulları çox çətin yollarla və böyük şücaət göstərərək Şuşaya qalxıblar. Allah şəhidlərimizə rəhmət eləsin. Düşünürəm ki, bu yarışları ənənəvi keçirmək olar. Bu barədə Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyevlə də danışmışıq”.
Fərid Qayıbov "Şuşa İli” çərçivəsində müxtəlif layihələrin həyata keçiriləcəyini bildirib: “Artıq Qarabağda iki beynəlxalq turnir təşkil edilib. Bu ənənəni davam etdirmək niyyətindəyik”.
Nazir həm Şuşada, həm də Qarabağın digər şəhərlərində yerli, həmçinin beynəlxalq yarışların keçiriləcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]