FƏRMAN KƏRİMZADƏNİN XATİRƏ GÜNÜ QEYD OLUNMUŞDUR
Yazıçı-alim Gülhüseyn Hüseynoğlu tədbiri açaraq Azərbaycan ədəbiyyatında Fərman Kərimzadənin tutduğu mövqeyindən, onun yaradıcılığının bəzi məqamlarından danışmışdır. Bildirmişdir ki, ədəbi yaradıcılığa hekayə ilə başlayan, lakin yazıçı kimi özünü daha çox ilk romanı “Qarlı aşırımla” təsdiq edən F.Kərimzadə həm də gözəl rəssam idi.
Ədəbiyyata F.Kərimzadə ilə təxminən eyni vaxtda gəldiklərini vurğulayan Birliyin sədri, Milli Məclisin deputatı Anar onu Azərbaycan ədəbiyyatında tarixi romançılıq ənənələrinin ən layiqli davamçılarından biri kimi səciyyələndirmişdir. 10-a yaxın kitab müəllifinin vaxtsız ölümünə təəssüfləndiyini bildirmişdir.
Şair İlyas Tapdıq, nasir İnqilab Vəlizadə və başqaları yazıçının ədəbi yaradıcılığı ilə yanaşı, jurnalistlik fəaliyyətindən də söz açmış, onunla bağlı xatirələrini danışmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]