“Ferrari” komandası Fettelə yeni müqavilə təklif etməyib
Bakı, 3 iyul, AZƏRTAC
Sebastyan Fettel “Ferrari” ilə yeni müqavilənin imzalanmaması haqda söz-söhbətlərə münasibətini bildirib.
AZƏRTAC xəbər verir ki, Avropa mətbuatı bu günədək “Ferrari” ilə almaniyalı pilotun yeni müqavilənin şərtləri ilə bağlı razılıq əldə olunmadığını yazsa da, Sebastyan bu məlumatları təkzib edib. Bildirib ki, Mattia Binotto mənə zəng edib əməkdaşlığı davam etdirmək istəmədiklərini söyləyəndə xeyli təəccübləndim. Mətbuatın yazdıqlarından fərqli, mənim “Ferrari” ilə yeni müqavilə ilə bağlı danışıqlarım olmayıb. Ona görə də hansısa anlaşılmazlıqdan danışmağa dəyməz.
Fettel gələcək karyerası ilə bağlı konkret qərar qəbul etmədiyini də söyləyib: “Doğru addım atmaq istəyirəm. Bu günədək idmanda böyük uğurlar qazanmışam. Mən motivasiyamı itirməmişəm və daha artığına nail olmaq istəyirəm. Bunun üçün ətrafımda işini düzgün görən insanlar olmalıdır. Belə bir imkan yaratsalar, mən bu təklifi qəbul edəcəyəm. Əks halda özümə başqa bir iş axtaracağam. İndiki məqamda istirahət edəcəyimi, yoxsa karyeramı davam etdirəcəyimi deyə bilmərəm. Mən tələsmirəm. Yəqin ki, yaxın həftələrə bu suala aydınlıq gələcək”.
Qeyd edək ki, iyulun 3-də Formula 1-in yeni mövsümünə Avstriya Qran-Prisi ilə start verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]
Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır
- 07.10.2026 [08:18]
Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
- 06.10.2026 [23:47]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [22:46]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [21:45]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [20:59]
QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb
- 06.10.2026 [20:37]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [20:00]