Fevralın sonunadək Sloveniyada əhalinin beş faizi koronavirusa qarşı peyvəndlənmiş olacaq
Lyublyana, 10 fevral, AZƏRTAC
Koronavirusa qarşı həyata keçirilən vaksinasiya prosesində Avropada ən qabaqcıl ölkələrdən biri Sloveniyadır. Bu ölkədə əhalinin artıq iki faizi yanvar ayının sonunadək virusa qarşı peyvənd olunub və səhiyyə qurumları fevralın sonunadək peyvənd olunanların sayının beş faizə çatacağını elan ediblər.
AZƏRTAC xəbər verir ki, fevralın 7-dək ölkə üzrə 55 min nəfərə peyvəndin ilk komponenti, təxminən 43 min nəfərə, yəni əhalinin iki faizinə isə artıq ikinci komponent vurulub. Ölkədə vaksinasiya kampaniyası başlayandan bəri peyvənd olunan şəxslərin ümumi sayı 108 min nəfərə çatıb və daha 136 min nəfərə isə fevralın sonunadək peyvənd tətbiq ediləcək.
Vaksinasiya prosesi üzrə koordinator Uroş Zafoşnik bildirib ki, ölkədə ”BioNTech/Pfizer” və “Moderna” peyvəndləri ilə yanaşı, “AstraZeneca” şirkətinin peyvənd dozalarının tətbiqi də həyata keçirilib. Yaşlılar, risk qrupuna daxil olan şəxslər və tibbi heyətin ardınca ölkədə xroniki xəstəliyi olan şəxslər və mühüm infrastruktur qurumlarında çalışan şəxslərin peyvəndlənməsi başlanacaq.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]