CƏMİYYƏT
FHN: Qanunsuz tikinti işlərinin qarşısı alınıb VİDEO
![](/files/galleryphoto/2023/3/1200x630/17001139753655533239_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1700113975364718126_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1700113975238163958_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1700113975511130790_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1700113975238543324_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17001139754881410932_1200x630.jpg)
Bakı, 16 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə, Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsi və Abşeron rayonunun Xırdalan şəhəri ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınaraq obyektlər sökülüb.