FİDEL KASTRO “FORBS” JURNALINDAN ÜZRXAHLIQ TƏLƏB ETMİŞDİR
Kastronun fikrincə, jurnal ona qarşı çox ciddi ittihamlar irəli sürdüyü üçün redaksiya müvafiq izahatla çıxış etməlidir.
Bununla Kastro “Forbs” jurnalının ayın əvvəlində açıqladığı dünyanın 10 ən zəngin dövlət başçısı siyahısına yenidən münasibət göstərmişdir. Siyahıda Kuba liderinə guya iri dövlət şirkətlərinə nəzarət hesabına əldə etdiyi 900 milyon dollar sərvətlə 7-ci yer verilmişdir.
F.Kastro ilk etiraz çıxışında bildirmişdi ki, onun böyük sərvətə sahib olması sübuta yetirilərsə, dərhal istefa verməyə hazırdır. Jurnaldakı məlumatı böyük ağılsızlıq və ağ yalan adlandıran Kastro demişdir: “Qoy sübut etsinlər ki, mənim xaricdəki hesablarımda 900 milyon dollar, yaxud, heç olmazsa, 1 dollar var”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]