FİFA ÇİMƏRLİK FUTBOLU ÜZRƏ DÜNYA ÇEMPİONATI KEÇİRƏCƏKDİR
AZƏRTAC-ın FİFA-nın rəsmi saytına istinadla verdiyi xəbərə görə, bu beynəlxalq idman təşkilatı bildirmişdir ki, 2005-ci ildən başlayaraq çimərlik futbolu üzrə dünya çempionatı keçirəcəkdir.
Təşkilatın mətbuat üçün məlumatında deyilir ki, dünya çempionatı ofisi İsveçrənin Sürix şəhərində deyil, İspaniyanın Barselona şəhərində yerləşəcək xüsusi yeni orqan tərəfindən hər il keçiriləcəkdir”.
Turnirin qəti formatı hələ müəyyən edilməsə də, dünyanın 12 ölkəsinin yığmalarının iştirakı ilə 2005-ci ilin çempionatının Braziliyada keçiriləcəyi artıq məlumdur.
FİFA-nın prezidenti Zepp Blatter demişdir: “Çimərlik futbolu bu idman növünün çox cəlbedici variantıdır. Yarandığı 10 il ərzində o, getdikcə məşhurlaşır və rəngarəng olur”.
2005-ci ilin dünya çempionatı barədə məlumatlar bu ay ərzində açıqlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]