Filippinin cənubunda baş verən partlayışlar nəticəsində doqquz nəfər həlak olub
Bakı, 24 avqust, AZƏRTAC
Filippinin cənubunda yerləşən Holo şəhərində baş verən iki partlayış nəticəsində ən az doqquz nəfər həlak olub, 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, birinci partlayış yerli vaxtla günorta saatlarında mağaza yaxınlığında, ikinci partlayış isə bir saat sonra, ilk insidentin baş verdiyi ərazidən 70 metr məsafədə - şəhər kilsəsi yaxınlığında qeydə alınıb.
Partlayışlar nəticəsində həlak olanlar arasında koronavirus pandemiyası ilə mübarizədə yerli hakimiyyət orqanlarına kömək edən Filippin Silahlı Qüvvələrinin beş hərbi qulluqçusunun olduğu da bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]