Finlandiyalı gimnast: Milli Gimnastika Arenasında azarkeşlərin ötürdüyü enerji mükəmməldir
Bakı, 17 oktyabr, AZƏRTAC
"Bakıda ölkəmi bu cür nüfuzlu yarışda təmsil etdiyim üçün özüm və komandamla qürur duyuram".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda "TeamGym" üzrə Avropa çempionatında iştirak edən Finlandiya komandasının gimnastı Salou Ela deyib.
O, çıxışı zamanı azarkeşlərin dəstəyini hiss etdiyini söyləyib: "Milli Gimnastika Arenasında doğrudan da əla atmosfer var. Azarkeşlərin ötürdüyü enerji mükəmməldir. Onların dəstəyi sayəsində çıxışımızı səhvsiz tamamladıq. Ancaq öz üzərimizdə işləməliyik. Çünki burada güclü rəqabət var. Nəticədən asılı olmayaraq, yaxşı vaxt keçirməyə çalışırıq".
Bakıya ilk dəfə gəldiyini vurğulayan idmançı burada yarışmaqdan xoşbəxt olduğunu bildirib: "Komanda yoldaşlarımla bu barədə danışmışdıq. Açığı, Bakının bu qədər inkişaf etdiyindən xəbərimiz yox idi. Düzünü desəm, gəzməyə çox vaxtımız olmayıb. Amma Milli Gimnastika Arenasının yaxınlığındakı hündür və maraqlı tikililəri görəndə heyrətləndik. Bu şəhərə bir daha gəlmək istərdim".
Qeyd edək ki, "TeamGym" üzrə Avropa çempionatına oktyabrın 19-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]