Florida qubernatoru prezident seçkilərində iştirakını elan etməyə hazırlaşır
Bakı, 27 aprel, AZƏRTAC
ABŞ-ın Florida ştatının qubernatoru Ron Desantis mayın ortalarında prezident seçkilərində iştirakını elan edə bilər.
AZƏRTAC xəbər verir ki, NBC News telekanalı bu barədə Respublikaçılar partiyasında olan mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Ron Desantisin bəzi tərəfdarları bu qərarın mayın 11-də elan olunmasının tərəfdarıdır, digərləri isə bunun hələ tez olduğunu düşünür.
Ron Desantis uzun müddət idi ki, ABŞ-ın sabiq-prezidenti Donald Trampın əsas rəqibi hesab olunurdu. Lakin sonuncu rəy sorğularının nəticələrinə görə, Florida ştatının qubernatoru Ağ evin sabiq rəhbərindən xeyli geri qalır. Fox News telekanalının keçirdiyi sorğuda Donald Trampın dəstəyi 53 faiz olduğu halda, Ron Desantisin dəstəyi cəmi 21 faiz təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]