“Force İndia” öz pilotlarından razıdır
Bakı, 25 iyun, AZƏRTAC
“Force İndia” komandasının rəhbərinin müavini Bob Fernli bildirib ki, komanda öz pilotlarından tamamilə razıdır. Hərçənd, meksikalı Serxio Peres 2016-cı il mövsümündə iki dəfə podiuma çıxıb, alman Hiko Hyulkenberq isə öz karyerasında bircə dəfə də olsa “Formula-1” yürüşlərinin finiş xəttinə ilk üçlükdə çatmayıb.
AZƏRTAC championat.com saytına istinadla bildirir ki, Bob Fernlinin sözlərinə görə, son illərdə hər iki pilot yaxşı nəticələr göstərir. O deyib: “Pilotlarla bağlı heç bir problemimiz yoxdur, onlar bir-birini çox yaxşı tamamlayır”.
B.Fernli daha sonra deyib: “Hər yürüşçünün özünəməxsus pilotluq üslubu var və bu, mühəndislərin boliddən maksimum nəticə almasına imkan verir. Peresin bəxti daha çox gətirib, Hyukenberqdə isə bunun əksi müşahidə olunur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:05]
Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər
- 11.06.2026 [14:46]
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- 11.06.2026 [14:04]
Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]