Formula 1 Belçika Qran-Prisi azarkeşsiz keçirilə bilər
Bakı, 16 aprel, AZƏRTAC
Avqustun 30-na planlaşdırılan Formula 1 Belçika Qran-Prisi təşkil olunmaya bilər. Yürüşün keçirilməsinə 4 ay qalmasına baxmayaraq, Qran-Prinin taleyi ilə bağlı müəyyən suallar yaranıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Belçika hökuməti koronavirus pandemiyasına görə, karantin rejiminin vaxtını uzadıb. Həmçinin avqustun 31-dək ölkədə təşkil ediləcək bütün idman yarışları qadağan edilib. Belə olan halda yarışın azarkeşsiz keçirilməsi gündəmə gəlib.
Qeyd edək ki, koronavirus pandemiyasına görə Formula 1 üzrə dünya çempionatının yeni mövsümünün startı gecikir. Belə ki, artıq Avstraliya və Monako Qran-Priləri ləğv olunub. Azərbaycan da daxil olmaqla, Vyetnam, Bəhreyn, Çin, İspaniya, Niderland və Kanada mərhələləri qeyri-müəyyən vaxta təxirə salınıb. Fransa Qran-Prisinin keçirilməsi isə sual altındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]