“Forum teatr” layihəsinin icrasına yekun vurulub
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun XIII qrant müsabiqəsinin qalibi olan “Forum teatr” layihəsinin icrasına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, bağlanış mərasimində layihə rəhbəri Aytac Məmmədova əsas məqsədin gender bərabərsizliyi, nifrət nitqi və diskriminasiya hallarından qaynaqlanan problemlərin və onların həll yollarının “forum teatr” metodu vasitəsilə öyrənilməsi və cəmiyyətə çatdırılması olduğunu diqqətə çatdırıb.
“İrəli” İctimai Birliyinin dəstəyi ilə keçirilən layihə çərçivəsində “Gender bərabərliyi”, “Nifrət nitqi”, “Forum teatr metodu ilə tanışlıq” mövzularında təlimlər təşkil edilib. Sonda iştirakçılar tərəfindən həmin mövzular üzrə səhnəciklər nümayiş olunub.