Forumda naxçıvanlı uşaqlar da iştirak edib
Naxçıvan, 19 noyabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyi və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində keçirilən Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda Naxçıvan Muxtar Respublikasını 10 uşaq təmsil edib. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, onlardan da 2-si birbaşa, 8-i onlayn formatda tədbirə qoşulub.
Forumda xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş, xüsusilə şəhid və qazi ailələrindən olan uşaqların təmsilçiliyinə daha çox önəm verilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova da tədbirdə iştirak edib.