Fransa seçkiyə xarici müdaxilə halları ilə bağlı müstəqil komissiya yaratmağa hazırlaşır
Paris, 23 iyul, AZƏRTAC
Fransa hökuməti seçki proseslərinə xarici müdaxilə halları barədə ictimaiyyəti məlumatlandıracaq müstəqil komissiyanın yaradılmasını nəzərdə tutan qərar layihəsini Nazirlər Şurasına təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nünez açıqlama verib.
Nazirin sözlərinə görə, komissiyanın əsas vəzifəsi seçki dövründə xarici müdaxilə ilə bağlı səlahiyyətli dövlət qurumlarından daxil olan məlumatları qiymətləndirmək, ictimaiyyəti və seçkilərdə iştirak edən namizədləri bu cür hallarla bağlı məlumatlandırmaq olacaq.
Loran Nünez bildirib ki, komissiya xarici müdaxilə ilə bağlı məlumatları bu sahədə səlahiyyətli dövlət qurumlarından qəbul edəcək və əldə olunan məlumatlar əsasında ictimaiyyətə və namizədlərə rəsmi məlumat verəcək.
Onun sözlərinə görə, bu mexanizm əvvəlki bələdiyyə seçkilərində fəaliyyət göstərmiş seçkilərin mühafizəsi şəbəkəsinin təcrübəsinə əsaslanır. Həmin sistem seçki prosesində mümkün xarici müdaxilələr barədə bəzi namizədlərə məlumat vermişdi.
Yeni komissiyanın səlahiyyətləri prezident seçkiləri istisna olmaqla, Fransada keçirilən bütün digər seçkiləri əhatə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]