FRANSA SENATI SƏDRİNİN ADINDAN ZİYAFƏT
![]() |
![]() |
Dövlətimizin başçısı İlham Əliyev Fransa Senatına gəldi. Burada Azərbaycanın və Fransanın dövlət bayraqları asılmış, fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Fransa
Senatının sədri Kristian Ponsöle böyük hörmət və ehtiramla, səmimiyyətlə qarşıladı.
Azərbaycan Prezidenti və Fransa Senatının sədri fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Sonra Fransa Senatının sədri Kristian Ponsölenin adından Azərbaycan Prezidentinin və xanımının şərəfinə ziyafət verildi.
Senatın üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Fransa Senatının sədrinə təqdim olundu.
Fransa Senatının sədri və Azərbaycan Prezidenti ziyafətdə nitq söylədilər.

