ELM VƏ TƏHSİL
FRANSADA AZƏRBAYCAN DİLİNİ SƏRBƏST ÖYRƏNƏNLƏR ÜÇÜN DƏRSLİK HAZIRLANIR
Onlarla kitabın müəllifi, dünya xalqlarının dili və mədəniyyəti üzrə mütəxəssis olan M.Malerbin rəhbərliyi ilə 80-dən çox kitab nəşr edilmişdir. Fransanın ölkəmizdəki səfirliyinin və BSU-nun dəvəti ilə Azərbaycana gəldiyini, bu universitetdə dünya dilləri və dinləri mövzusunda silsilə mühazirələr oxuyacağını bildirən qonaq müstəqil dil öyrənənlər üçün türk dillərində (türk, türkmən, qırğız, karakalpaq və sair) dərsliklərin nəşr olunduğunu, hazırda isə kumık dilində dərslik hazırlandığını söyləmiş və demişdir ki, fransızlar Azərbaycan haqqında müəyyən təsəvvürə malikdirlər. Ancaq bunu genişləndirmək və Azərbaycan dilini və ədəbiyyatını müstəqil öyrənənlər üçün dərslik hazırlamağı qərara almışıq. Bu iş tanınmış türkoloq alim Kamal Abdullayevə həvalə olunmuşdur.