DÜNYA
Fransada bıçaqla silahlanmış şəxs uşaqlara hücum edib
![Fransada bıçaqla silahlanmış şəxs uşaqlara hücum edib](/files/2023/2/1200x630/1686227852365359037_1200x630.jpg)
Bakı, 8 iyun, AZƏRTAC
Fransanın Yuxarı Savoyya departamentinin Ansi şəhərində bıçaqla silahlanmış şəxsin hücumu nəticəsində aralarında uşaqların da olduğu beş nəfər xəsarət alıb.
AZƏRTAC ABC News telekanalına istinadla xəbər verir ki, hadisə şəhərin göl kənarında yerləşən istirahət meydançasında baş verib. Qışqıraraq parka daxil olan cinayətkar uşaq arabalarına yaxınlaşaraq körpələrə bıçaq zərbələri endirməyə başlayıb. Polis tərəfindən əhatəyə alındığını görən şəxs daha sonra yaşlı bir insanı da yaralayıb.
Yaralılar təcili olaraq xəstəxanaya çatdırılıb. Həkimlər yaralanan dörd uşaqdan ikisinin vəziyyətini kritik qiymətləndirir.
Hücum edən şəxsin saxlanıldığı bildirilir. Onun 32 yaşlı suriyalı olduğu və bu il İsveçdə qaçqın statusu aldığı məlum olub.
Fransanın Baş naziri Elizabet Born və daxili işlər naziri Jerald Darmanen təcili olaraq Ansi şəhərinə yollanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [12:58]
Ukrayna BVF-dən 2,2 milyard dollarlıq növbəti tranş alıb
- 03.07.2024 [12:43]
Almaniya 40 minə yaxın polşalıya təzminat ödəyəcək
- 03.07.2024 [12:26]
İqlim dəyişikliyinin ölkələrin elektrik təchizatına mənfi təsiri artır
- 03.07.2024 [11:58]
Dünya Bankı Zambiyaya 207,6 milyon dollar qrant ayırıb
- 03.07.2024 [11:48]
BMT-nin Baş katibi: ŞƏT beynəlxalq arenada mühüm oyunçudur
- 03.07.2024 [11:46]
Venesuelada “Beril” qasırğasından 25 min nəfər zərər çəkib
- 03.07.2024 [11:35]
Polşa və Almaniya müdafiə sahəsində əməkdaşlıq edəcəklər
“Lokomotiv və vaqonlar” hazırdır
- [11:11]
İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edib
- 02.07.2024 [23:38]
Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 116-ya çatıb
- 02.07.2024 [22:37]
Salyanda minik avtomobilləri və traktor toqquşub, yaralılar var
- 02.07.2024 [22:31]
Avro-2024: Avstriya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb
- 02.07.2024 [22:06]