Fransada epidemiyadan ölənlərin sayı 20 mini keçib
Paris, 20 aprel, AZƏRTAC
Fransada COVID-19 virusuna yoluxanların sayı 114657-yə çatıb. Ölkədə epidemiya başlayandan 20265 ölüm faktı qeydə alınıb. Bunlardan 12513-ü xəstəxanalarda, 7752-i isə qocalar evində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransanın səhiyyə üzrə baş direktoru Jerom Salomon mətbuata açıqlamasında bildirib.
Qeyd edib ki, reanimasiyalarda ağır xəstələrin sayı 12 gündür müntəzəm olaraq azalır. Bununla belə reanimasiya şöbələrində hələ 5683 xəstə var. Eyni zamanda, xəstəxanalara yerləşdirilən xəstələrin də sayında azalma müşahidə edilib.
Səhiyyə üzrə baş direktor bildirib ki, epidemiyanın əvvəlindən bir xəstə 3 nəfəri yoluxdururdu, indi isə bu rəqəm 3 dəfə azalıb. O qeyd edib ki, koronavirus epidemiyası ölkədə fəsli infeksion xəstəliklərdən, hətta 19500 ölüm qeydə alınmış 2003-cü il yay istilərindən daha çox ölümə səbəb olub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]