Fransada fevral ayı üçün yeni temperatur rekordu qeydə alınıb
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 27-də Fransada 1960-cı ildən bu yana fevral ayının ən isti günü qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, “Meteo-France” meteoroloji xidməti “Twitter” səhifəsində ölkədə orta temperaturun 21,3 dərəcə təşkil etdiyi barədə məlumat yayıb. Bundan öncəki temperatur rekordu 1960-cı il fevralın 28-də qeydə alınmış və 20,2 dərəcə təşkil etmişdi.
Meteoroloji xidmətin məlumatına əsasən, Atlantik Pireneyası departamentində yerləşən Aisirit şəhəri 2019-cu ilin fevral ayında Fransanın ən isti yaşayış məntəqəsi olub. Şəhər qış fəslinin sonunu 28,1 dərəcə isti ilə qarşılayıb. Ümumilikdə isə Fransanın cənubunda havanın hərarəti 25 dərəcədən yuxarı olub.
Paytaxt Parisdə həmin günün ən yüksək temperatur göstəricisi 20,4 dərəcə təşkil edib. LCI telekanalının məlumatına görə, artıq 10 gündən artıqdır ki, paytaxtda temperatur 15 dərəcədən aşağı düşmür. Bu da meteoroloji müşahidələrin başladığı 1873-cü ildən bəri görünməmiş hadisədir.
Lakin sinoptiklər “qış yayının” tezliklə sona çatacağını bildiriblər. Belə ki, fevralın 28-dən başlayaraq bütün ölkə ərazisində havanın hərarəti orta hesabla 10 dərəcə aşağı enərək adi mövsümi göstərici ilə eyniləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]