Fransada ifrat sağçılar hökumətin pensiya islahatını dondurmasına etiraz ediblər
Paris, 15 oktyabr, AZƏRTAC
Fransa Milli Assambleyasında ifrat sağçı fraksiyasının rəhbəri Marin Lö Pen hökumətin pensiya islahatını dondurmasını “saxta dondurma” adlandırıb və partiyasının daha irəli addımlar atılmasını gözlədiyini bidlirib.
AZƏRTAC xəbər verir ki, o, bunu “France İnter” radiosuna müsahibəsində bildirib.
Marin Lö Pen deyib ki, Milli Birlik Partiyası hökumətin bu qərarını qeyri-ciddi hesab edir: “Əsl islahat Milli Birlik Partiyasının təklifidir”.
O, Sosialist Partiyasının mövqeyinə toxunaraq bildirib: “Biz Sosialist Partiyası kimi deyilik, atılan oyuncağın arxasınca qaçmırıq. Onlar, sadəcə, hökuməti yıxmamaq üçün bəhanə axtarırdılar və seçkilərdən qaçmaq istəyirdilər”.
Marin Lö Pen əlavə edib ki, hökumətə etimadsızlıq göstərilərsə və Milli Assambleya buraxılarsa, Milli Birlik Partiyası seçkilərdə mütləq əksəriyyət əldə etməyə ümid edir.
Qeyd edək ki, Milli Birlik Partiyası Fransadakı növbəti siyasi böhran çərçivəsində mövqelərini gücləndirməyə və ölkə siyasətində əsas oyunçuya çevrilməyə çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]