Fransada kokain istifadəçilərinin sayı artır
Bakı, 19 yanvar, AZƏRTAC
Fransada kokain istifadəsi təxminən 2 dəfə artıb. Fransa bu göstəriciyə görə Avropaya 7-ci pillədə qərarlaşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransada narkotik vasitələr və narkotik aludəçiliyinin monitorinqi Mərkəzi (OFDT) məlumat yayıb. Mərkəzin statistikasına görə, 2023-cü ildə ölkədə 1,1 milyondan çox insan kokain istifadə edib. Bir il əvvəl bu göstərici təxminən 600 min nəfər olub. 1983-cü ildə isə cəmi 2000 fransız bu narkotik vasitədən istifadə edirdi.
Fransada kokaindən istifadənin artmasının səbəbləri arasında iş yükünün ağırlaşması da var. Bəzi hallarda insanlar ağır iş rejiminə davam gətirmək üçün mərkəzi sinir sisteminə təsir edən vasitələrə üz tuturlar.
Fransada narkotik problemi gündəlik həyatın normal axarına mənfi təsir edir. Daxili işlər naziri Bruno Retayo narkotik vasitə alveri ilə məşğul olan cinayətkar dəstələrə qarşı mübarizənin gücləndiriləcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]
Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib
- 05.06.2026 [13:29]