FRANSADA QRİP EPİDEMİYASI SÜRƏTLƏ YAYILIR
Son iki həftə ərzində Fransada qrip epidemiyası sürətlə yayılmaqdadır. Həkimlərin ciddi səylərinə baxmayaraq, ölkənin bir çox bölgələrində qriplə yoluxma hallarının sayı artmışdır. Akiten, İl-de-Frans, Provans-Alp və Kot d*Azur kimi rayonlarda qriplə yoluxmanın ağır fəsadlarına təsadüf edilmişdir.
İlin əvvəlindən İspaniyada tüğyan edən A qripi artıq İngiltərəyə, Belçikaya, İrlandiyaya, İtaliyaya, İsveçrəyə və Fransaya ayaq açmışdır.
Təkcə dekabr ayında qriplə yoluxmuş iki fransız dünyasını dəyişmişdir.
Xatırladaq ki, hər il qriplə yoluxma Fransada 2500 adamın ölümünə səbəb olur.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]