FRANSADA YOL QƏZALARININ SAYI ARTMIŞDIR
Lüksemburq-Metz yolunda Mozel şəhərinin yaxınlığında sürətlə hərəkət etmiş iki maşın toqquşaraq qəzaya uğramışdır.Nəticədə 3 nəfər elə hadisə yerindəcə həlak olmuş və bir nəfər isə ağır yaralanmışdır.
Ölkənin cənubunda Komne yaşayış məntəqəsinin yaxınlığında isə bir avtobus və 3 minik maşını toqquşmuşdur. Xoşbəxtlikdən ölən olmamış, 12 nəfər müxtəlif dərəcəli xəsarət almışdır.Hadisə yerinə gəlmiş xilasedicilər onları yaxınlıqdakı Lion şəhərinin xəstəxanasına çatdırmış və onlara ilkin tibbi yardım göstərilmişdir.Həkimlər onlardan üçünün vəziyyətinin ağır olduğunu bildirmişlər.
Qəzanın nəticəsində yolda maşınların hərəkəti bir neçə saatlığa dayanmışdır. Yol polisi hər iki qəzanın səbəbini araşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]