Fransalı fermerlər Parisdəki parlament binasının önündə etiraz aksiyasına başlayıblar
Bakı, 26 may, AZƏRTAC
Fransalı fermerlər kənd təsərrüfatı haqqında qanun layihəsinin müzakirə olunduğu Fransa parlamentinin aşağı palatasının - Milli Assambleyanın binası önündə etiraz aksiyasına başlayıblar.
AZƏRTAC xəbər verir ki, etirazçılar onlarca traktoru parlament binasının qapısında saxlayıblar. Həmçinin onlar bu gün səhər saatlarından paytaxt istiqamətində bir sıra magistral yolları bağlamağa başlayıblar.
FNSEA və “Jeunes Agriculteurs” həmkarlar ittifaqları tərəfindən təşkil olunan aksiyada yüzlərlə fermerin iştirakı gözlənilir.
Qanun layihəsini dəstəkləyən aksiya iştirakçıları solçu partiyalardan olan deputatların düzəlişləri səbəbindən müzakirələrin yubanacağından ehtiyatlanırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]