Fransanın aşağı yaş qrupları üzrə yığmalarının sabiq futbolçusu Azərbaycanda oynayacaq
Bakı, 18 sentyabr, AZƏRTAC
“Araz-Naxçıvan” komandası heyətinə daha bir legioner futbolçu qatıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Naxçıvan təmsilçisi fransalı hücumameyilli yarımmüdafiəçi Aksel Nqando ilə anlaşıb.
30 yaşlı vinger artıq Bakıdadır. Tibbi müayinədən keçən futbolçu ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Təcrübəli oyunçu müxtəlif illərdə Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib. Klub karyerası zəngin olub futbolçu ölkəsinin “Renn”, “Oser”, “Anje” və “Bastiya” klubları ilə yanaşı, Türkiyənin “Göztəpə” komandasında də özünü sınayıb.
Qeyd edək ki, yarımmüdafiəçinin son klubu Fransada “Qrenobl” olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]