Fransuaza Betankur-Mayers dünyada şəxsi sərvəti 100 milyard dolları aşan ilk qadındır
Bakı, 29 dekabr, AZƏRTAC
“L’Oreal” kompaniyası banisinin yeganə nəvəsi Fransuaza Betankur-Mayers dünyada şəxsi sərvəti 100 milyard dolları aşan ilk qadın olub. AZƏRTAC bu barədə “Bloomberg” agentliyinə istinadla xəbər verir.
Milyarder qadının ümumi sərvəti 100,2 milyard dollardır. Onun miras aldığı “L’Oreal” kompaniyasının səhmləri dekabrın 28-də rekord səviyyədə bahalaşıb.
Fransuaza Betankur-Mayers 1997-ci ildən “L’Oreal” kompaniyası İdarə Heyətinin üzvüdür və iki oğlu ilə birlikdə səhmlərin 33 faizinə malikdir. O, “Forbes” jurnalının reytinq cədvəlində dörd il ard-arda dünyanın ən varlı qadınlarının siyahısına başçılıq edib. Onun anası - Lilian Betankur da 14 il ərzində bu reytinq cədvəlində yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]