Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Frexit”in ayaq səsləri: Marin Le Pen Avropanı silkələyir

“Frexit”in ayaq səsləri: Marin Le Pen Avropanı silkələyir

“Brexit” və Amerikada prezident seçkisinin nəticələri Qərbin siyasi mühitini qarışdırıb. İndi bir sıra siyasi dairələr “qoca qitə”nin prinsipcə yeni geosiyasi reallıqlara ehtiyacının olduğu qənaətindədirlər. Onların sırasında Avropanın ifrat sağ təmayüllü millətçi qüvvələri xüsusi yer tuturlar. Yanvarın 21-də həmin cərəyan tərəfdarları Almaniyanın Koblents şəhərində növbəti qurultaylarını keçiriblər. Orada siyasətçilər qlobal miqyasda geosiyasi mənzərəyə təsir edə biləcək fikirlər ifadə ediblər. O cümlədən fransız sağçı, hamıya məlum Marin Le Pen Avropa İttifaqının taleyi ilə əlaqədar düşündürücü tezislər ortaya atıb. Ayrıca, bu siyasətçi xanım “Frexit”ə start verilməsi zərurətini vurğulayıb. Belə görünür ki, Avropa yeni bir siyasi dalğanın vüsət alması ərəfəsindədir. Qlobal siyasət üçün əhəmiyyətli olan bu məqamların analizi vacib görünür.

Populist sağçıların mesajları: Aİ-nin yeni “siyasi sancıları”

Almaniyanın Koblents şəhərində Avropa Parlamentinin sağ fraksiyası olan, populist “Milliyyətlər və Azadlıq Avropası”nın qurultayı olub. Tədbirdə minə yaxın nümayəndə iştirak edib. Onların sırasında Fransanın “Milli cəbhə” partiyasının lideri Marin Le Pen, Hollandiyanın Azadlıq partiyasının sədri Gert Vilders, İtaliyanın “Şimal Liqası”nın rəhbəri Matteo Salvini və Almaniyanın “Almaniya üçün alternativlər” partiyasının sədri Frauke Petri iştirak ediblər (bax: В Германии проходит съезд правых популистских партий / www.rus.err.ee, 21 yanvar 2017).

Qurultayın əsas şüarı “yeni, azad Avropa” olub. Adından da göründüyü kimi, AP-nin sağ populist fraksiyası indiki Avropanı azad və müasir hesab etmir. Onlar belə fikirləşirlər ki, Avropanı yalnız köklü siyasi islahatlar hesabına yeniləşdirmək və həqiqi mənada azad etmək mümkündür. Ekspertlər üçün məsələnin ən maraqlı, aktual və eyni zamanda, həyəcanlı tərəfi bundan ibarətdir. Çünki ifrat sağçıların irəli sürdükləri tezislər, ifadə etdikləri etirazlar Avropa İttifaqını əməlli-başlı silkələyir. Bu dəfə də Fransa nümayəndəsi M.Le Pen söylədiyi fikirlərlə “qoca qitə”nin siyasi şüurunda təlatüm yaradıb. İsteblişment sağların populizmindən çox narahat olmağa başlayıb.

Tədbiri şərh edən ekspertlərə görə, avropalı populistlər qarşıdakı seçkilərdə ABŞ-da Donald Trampın qələbəsini təmin edən üsullardan istifadə etməyə çalışacaqlar. Bu, bir tərəfdən D.Trampla həmin qüvvələr arasında siyasi yaxınlığın olduğuna dəlalət edirsə, digər tərəfdən Aİ-nin struktur-funksional transformasiyası ehtimalının az olmadığını göstərir.

Bu bağlılıqda ekspertlər üçün maraqlı məqam qurultay iştirakçılarının Avropa İttifaqına və miqrasiya siyasətinə mənfi münasibət bəsləməsindən ibarətdir. Ayrıca qeyd edək ki, qurultaya Avropanın bir sıra ölkəsindən - Böyük Britaniya, Polşa, Çexiya, Rumıniya, Belçika, İtaliya, Almaniya, Avstriya və digərlərindən göndərilmiş nümayəndələr iştirak ediblər ki, bu da sağların mövqelərinin xeyli güclü olması anlamına gəlir (bax: əvvəlki mənbəyə).

Bunların fonunda bir məqamı da unutmaq olmaz. Avropanın populist hərəkatları monolit deyil. Onlar arasında fikir ayrılığı da mövcuddur. Məsələn, Almaniyanın “Almaniya üçün alternativlər” (AfD) hərəkatının üzvləri Fransanın “Milli cəbhə”sinin sosializmə yaxınlığını qəbul etmirlər. Almanlar M.Le Penin Moskvaya olan simpatiyasını ciddi tənqid edir, azad bazar iqtisadiyyatı modelinə üstünlük verirlər. Ancaq bu fərqlər sağların Avropa İttifaqına neqativ münasibəti fonunda ortaq hərəkət etmələrinə hələ mane olmur.

Budur, Koblentsdə M.Le Pen Aİ ölkələrini Böyük Britaniya və Amerikadan nümunə götürməyə çağırıb. Çünki Qərbin bu iki ölkəsində 2016-cı ildə sağ mühafizəkar qüvvələr qalib gəlib, indi “yeni dünya nizamı”nı qurmağa başlayıblar (bax: Марин Ле Пен призвала страны ЕС последовать примеру Великобритании и США / ТАСС, 21 yanvar 2017). Fransız sağçı hətta fikirlərini daha da konkretləşdirərək deyib: “Mən iddia etmirəm ki, bütün Avropa dövlətləri avrozonanı tərk etməlidirlər... Ancaq hər bir ölkə üçün bunu etmək imkanı tanınmalıdır” (bax: əvvəlki mənbəyə). Bu əsasda M.Le Pen qurultayda bəyan edib ki, “Brexit” Avropada “domino effekti” yaradacaq. Yəni bir-birinin ardınca ölkələr Aİ-ni tərk edəcək.

Bu fikrini təsdiq etmək üçün fransız milliyyətçilərin lideri maraqlı tezis irəli sürüb. O deyib: “2016-cı il anqlo-saksların oyanış ili olub. Mən əminəm ki, 2017-ci ildə kontinental Avropa xalqları da oyanacaqlar. Biz bir dünya nizamının sonunu və yenisinin yaranmasını yaşayırıq” (bax: əvvəlki mənbəyə).

Yeni dünya nizamının böhranı: Qərb dilemma qarşısında

Məhz bu tezislərin fonunda Marin Le Pen Aİ-nin indiki rəhbərliyinin miqrant siyasətini “istibdad” (“tiraniya”) adlandıraraq, xüsusilə Almaniyanın kansleri Angela Merkeli kəskin tənqid edib. Onu deyək ki, M.Le Pen uzun müddətdir ki, bu mövqedədir. Keçən ilin dekabrında o, bir yunan qəzetinə verdiyi müsahibədə açıq bildirmişdi ki, “Frexit” mənim siyasətimin bir hissəsi olacaq” (bax: Кандидат в президенты Франции Марин Ле Пен назвала Frexit частью своей политики / www.rus.err.ee, 24 dekabr 2016).

Çünki Avropa İttifaqı Avropa dövlətlərinin “milli suverenliyinin qəlbinə saplanmış bıçaqdır, avro isə Brüsselin istifadə etdiyi şantaj vasitəsidir” (bax: əvvəlki mənbəyə).

Koblents qurultayında Le Pen daha dərin fikirləri ilə yadda qalıb. O, Almaniyanın “Bild” nəşrinə verdiyi müsahibədə çox konkret ifadə edib ki, “Avropa İttifaqı ölüb, lakin özü hələ bunu bilmir - bütün istiqamətlərdə iflasa uğrayıb: iqtisadi, sosial, təhlükəsizlik sferaları bərbad haldadır” (bax: Marine Le Pen: “Europa ist tot, aber weiß es noch nicht” / www.bild.de, 22 yanvar 2017).

Deməli, fransız “Milli cəbhəsi”nin lideri hesab edir ki, Aİ həyat qabiliyyətini itirib və sonu tam məhv olmaqdır. Çünki bu təşkilatın fəaliyyət və struktur fəlsəfəsi yeni dünya nizamının ruhuna uyğun deyil. Etiraf edilməlidir ki, kifayət qədər ciddi olan bu ittiham qlobal təsiri ola biləcək prosesdən xəbər verir.

Bu səbəbdəndir ki, M.Le Pen bu ilin yazında seçkidə qalib gəlsə, “Frexit”ə start verəcəyini bəyan edir. O, aşağıdakı 4 bənd - sərhədlər, valyuta, iqtisadiyyat və hüquq üzrə müstəqilliyin qaytarılmasını Brüsseldən tələb edəcəyini söyləyib. Ya Aİ bununla razılaşıb, keyfiyyətcə yeni struktur-funksional sistemə keçəcək ki, bu da Avropa xalqlarının real ittifaqının yaranması deməkdir, ya da “mən fransızlara deyəcəm ki, biz Avropa İttifaqını tərk etməliyik və səsvermə təklifində bulunacam” (bax: əvvəlki mənbəyə).

Ekspertlərin diqqətini çəkən məqam odur ki, bunları ifadə edən fransız siyasətçi müasir Qərbdə “millət və xalqlara böyük qayıdış başlayıb” tezisini əsas hesab edir (bax: əvvəlki mənbəyə). Konkret desək, Avropanın sağçı populistləri həmin fikrə siyasi mövqelərinin Qərbdə vüsət alan yeni geosiyasi reallıqların məzmun və məqsədinə uyğunluğu ilə haqq qazandırmağa çalışırlar. Onlar hesab edirlər ki, Aİ-nin indiki rəhbərliyi köhnə ideoloji və siyasi konseptə əsaslanırlar. Məsələnin bu tərəfi kifayət qədər düşündürücüdür.

Beləliklə, Avropa ifrat sağçıları hələ də narazı kütlə üçün cəlbedici siyasi dairə olaraq qalırlar. Onlar Avropa İttifaqının hazırkı formada mövcudluğunu qəbul etmirlər. Eyni zamanda, təşkilatın köklü yeniləşmələrə hazır olmasına da inanmırlar. Çıxış yolunu üzv dövlətlərin tədricən təşkilatı tərk etməsində görürlər. Bu da Aİ-nin gələcək taleyi ilə bağlı xeyli suallar meydana çıxarır.

Məsələn, Avropa İttifaqının illərdir apardığı “yeni qonşuluq”, yaxud “Şərq tərəfdaşlığı” kimi proqramlarının səmərəsizliyi öz təsdiqini tapırmı? Bir sıra postsovet məkanı dövlətlərinin Aİ-yə assosiativ üzv olmasının hansısa real əhəmiyyəti qalırmı? Çünki həmin ölkələr bu seçimi etməklə faktiki olaraq geosiyasi xarakterli addım atıblar. İndi bu mövqedən çəkilmək şansı mövcuddurmu? Hələlik bu kimi sualların heç birinin cavabı yoxdur. Avropanın populist sağçıları isə belə görünür ki, məqsədlərindən çəkilmək fikrində deyillər. Yəni, Qərb növbəti səviyyədə ciddi geosiyasi ziddiyyətlər burulğanına düşə bilər.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib