“Fukusima-1” AES-in reaktorunun daxilinə robot göndəriləcək
Tokio, 28 mart, AZƏRTAC
Qəzalı vəziyyətdə olan “Fukusima-1” atom elektrik stansiyasının (AES) 1 nömrəli reaktorunun daxilinə robot göndəriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə AES-in operatoru olan “Tokyo Electric Power Co.” şirkəti məlumat yayıb. Bildirilir ki, reaktorun daxilindəki ərimiş yanacağın tədqiqi üçün nəzərdə tutulan əməliyyatın cari ilin yayında həyata keçirilməsi planlaşdırılır.
“Tokyo Electric Power Co.” şirkəti martın 28-də qayıq şəklində olan robotu kütləvi informasiya vasitələrinin nümayəndələrinə təqdim edib. Suyun altı ilə hərəkət edən qayığın reaktorun qoruyucu qatının daxilinə göndərilməsi nəzərdə tutulur. Şirkətdən bildiriblər ki, bu, reaktorun daxilində olan ərimiş yanacağın tədqiqi üçün nəzərdə tutulan altı robotdan biridir. Əvvəllər aparılan tədqiqatlar zamanı 2 və 3 nömrəli reaktorlarda nüvə yanacağının qırıntılarının qaldığı təsdiq olunub.
KİV nümayəndələrinə təqdim edilən qayıq-robotun uzunluğu 110 santimetr, diametri isə 25 santimetrdir. O, kamera və dozimetrlə təchiz edilib. Robot məsafədən idarəetmənin təşkili üçün kabelləri yerləşdirməli olan avadanlığı quraşdırmalıdır. Qayıq-robotun “Hitachi-GE Nuclear Energy” şirkəti tərəfindən hazırlandığı bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]