Futbol üzrə Azərbaycan Premyer Liqasında ən çox quru oyun keçirən qapıçı müəyyənləşib
Bakı, 21 aprel, Nicat Məmmədov, AZƏRTAC
Azərbaycan çempionatları tarixində ən çox quru oyun keçirən qapıçı Rauf Mehdiyevdir.
AZƏRTAC xəbər verir ki, karyerası ərzində “Tərəqqi”, “Azəri”, “Neftçi”, “Fərid”, MOİK, “Şəmkir”, “Qarabağ”, “Bakı”, “Olimpik”, “Simurq” və “Karvan” klublarının şərəfini qoruyan qolkiper 137 matçda qapısını toxunulmaz saxlayıb. İkinci göstərici Hüseyn Məhəmmədova məxsusdur. Onun aktivində 120 belə görüş var. “100” səddini adlayan ilk qapıçı Nizami Sadıqov 3-cü sırada yer alıb - 111. Daha üç əlcək sahibi 100 və daha çox quru oyun keçirməyə müvəffəq olub. Bunlar Fərhad Vəliyev, Cahangir Həsənzadə və Elxan Həsənovdur. Ümumiyyətlə isə ilk “onluq”da yer alanlardan heç biri cari mövsüm Premyer Liqada çıxış etməyib.
Qeyd edək ki, koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümdə ən çox quru oyun keçirən qapıçı Şahruddin Məhəmmədəliyev (“Qarabağ”) 9 dəfə qapısını toxunulmaz saxlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]