FUTBOL ÜZRƏ AZƏRBAYCAN PREMYER-LİQASINDA XI TURUN OYUNLARI KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, futbol üzrə Azərbaycan Premyer-Liqasında XI turun oyunları keçirilmişdir.
Zaqatala Olimpiya Kompleksinin stadionunda “Simurq”-“Bakı”lı ilə üz-üzə gəlmişdir. Oyun 2:1 hesabla başa çatmışdır. “Muğan”-“Olimpik” komandalarının qarşılaşması isə Salyan şəhər stadionunda baş tutmuşdur. Qarşılaşma “Olimpik”in 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdır. “Şəfa” stadionunda isə “MOİK”-“Bakılı”nı qəbul etmişdir. Görüşdə komandalar hərəyə bir dəfə fərqlənmişlər.
Bu görüşlərin nəticələrinə görə, “Simurq” bütün rəqiblərini üstələyərək 26 xalla yarış cədvəlinə rəhbərlik edir. “İnter” və “Karvan” komandaları isə hərəyə 25 xalla 2-3-cü yerləri bölüşürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]