Futbol üzrə Misir millisinin qapıçısı yığma karyerasını başa vurub
Qahirə, 7 avqust, AZƏRTAC
Futbol üzrə Misir yığmasının 45 yaşlı veteran qapıçısı Essam Əl-Hadari milli karyerasını bitirdiyini bəyan edib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, futbol üzrə dünya çempionatlarının final mərhələsində meydana çıxmış ən yaşlı futbolçu bu barədə öz “Facebook” səhifəsində bildirib. O yazıb: “Uzun müddət düşündükdən sonra beynəlxalq karyeramı bitirməyə qərar verdim. Milli komandadakı ilk çıxışımdan 22 il 4 ay və 12 gün keçir. Mənim fikrimcə, bu, yığma karyeramı bitirmək üçün ən yaxşı məqamdır. Mən həmişə fəxr etmişəm ki, milli komandada təmsil olunmuşam, bütün Misir xalqı uğrunda çalışmışam və bütün arzularımı reallaşdırmışam”.
Sonda futbolçu ailəsinə və bütün pərəstişkarlarına minnətdarlığını bildirib.
Qeyd edək ki, Essam Əl-Hadari 1996-cı ildən Misir millisində çıxış edir. O, 159 beynəlxalq matçda çıxış edib və oyunlarının sayına görə dünya rekorduna malikdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]