REGİONLAR
Füzuli rayonunda traktor və avtomobil toqquşub, azyaşlı ölüb


Füzuli, 19 fevral, AZƏRTAC
Füzulidə rayonu ərazisində minik avtomobili və traktorun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonunun Alıxanlı kəndi ərazisindən keçən hissəsində baş verib. Xəyyam Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil və Əmrah Məhərrəmovun idarə etdiyi “Belarus” markalı traktor toqquşub. Hadisə nəticəsində avtomobildə olan azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.