Gədəbəydə qarlı şaxtalı hava müşahidə edilir, yollara qum-duz qarışığı səpilir VİDEO
Gədəbəy, 8 fevral, AZƏRTAC
Gədəbəy rayonunun mərkəzində qarın qalınlığı 10 santimetrə, kəndlərdə isə 25-30 santimetrə çatıb. Gecə saatlarından etibarən yollarda avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün ağır texnikalar və işçi qüvvəsi yollara səfərbər olunub.
AZƏRTAC xəbər verir ki, hazırda dağ kəndləri ilə rayon mərkəzini birləşdirən, eləcə də Şəmkir- Gədəbəy yolunda yolun buz bağlamasına qarşı qabaqlayıcı tədbirlər görülür.
Rayon ərazisində elektrik enerjisi və qazla təchizatda fasilələr yaranmayıb.