GƏLƏN İL AZƏRBAYCANDA “XALQ KOMPYUTERİ” LAYİHƏSİNİN İCRASINA BAŞLANILACAQDIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanda “Xalq kompyuteri” layihəsinin icrasına gələn il başlanılacaq və bunun nəticəsində ölkədə kompyuter istifadəçilərinin sayı indikindən 3 dəfə çox olacaqdır. Hazırda ölkə üzrə təqribən hər yüz nəfərə 6-7 kompyuter düşür.
Layihənin məqsədi əhalini güzəştli şərtlərlə kompyuterlə təmin etmək, bu sahədə yerli istehsalı genişləndirməkdir. Layihədə kompyuterlərin istehsalının yerli şirkətlər tərəfindən həyata keçirilməsi və bütün kompyuterlərin lisenziyalı proqramla təmin olunması da nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:01]
Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü
- 16.06.2026 [11:05]