Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gələn il Bakıda Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin qurultayı keçiriləcək

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 1-də Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis yığıncağı keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın və Şimali Kipr Türk Cümhuriyyətinin üzv olduğu Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis toplantısında qurumun rəhbər heyəti formalaşıb.

Qazaxıstan Qiymətləndiricilər Palatasının sədri Askar Omerbekov Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin prezidenti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc isə vitse-prezidenti seçilib. 2024-cü ilin iyun ayında Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin ikinci qurultayının Bakıda keçirilməsi, Birliyin prezidenti səlahiyyətlərinin Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruca dövr edilməsi barədə razılıq əldə olunub.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc AZƏRTAC-a yeni təsis olunan qurumun fəaliyyət istiqamətləri və digər mövzular barədə müsahibə verib.

- Vüqar bəy, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin yaranması ideyası necə və hansı zərurətdən yaranıb?

- Ötən ilin may ayında keçirilən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat seçki yığıncağında cəmiyyətin sədri seçilərkən bəyan etdim ki, dövlət qurumları, assosiativ təşkilatlar, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri ilə AQC arasında əməkdaşlıq artırılacaq. Eyni zamanda, milli qiymətləndirmə standartlarının və vahid məlumat bazasının hazırlanması, qiymətləndiricilərin peşəkar vərdişlərinin artırılması, tədris-sertifikasiya fəaliyyətinin təşkili, eləcə də beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində səylərin gücləndiriləcəyini bəyan etdim. Cəmi bir il ərzində qeyd olunan istiqamətlərin hər biri üzrə ciddi addımlar atılıb. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, son bir il AQC-nin fəaliyyətində ciddi dönüş nöqtəsi olub.

Bu məqamda qeyd edim ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti dünyanın aparıcı beynəlxalq qiymətləndirmə təsisatlarının kollektiv üzvüdür. Azərbaycan və Türkiyə prezidentləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən Türk Birliyi ideyası, ayrı-ayrı sahələr üzrə türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi qiymətləndiricilər arasında da həmrəyliyi qaçılmaz edirdi. Elə bu məqsədlə AQC sədri olaraq gənc iqtisadçı Mikayıl Mirzəzadəni Türkiyə üzrə səlahiyyətli nümayəndə təyin etdik. AQC sədri olaraq ilk rəsmi səfərim də Türkiyəyə oldu. Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci ilə iki qardaş ölkənin qiymətləndirmə birlikləri arasında Anlaşma Memorandumu imzalandı. Müxtəlif sahələrdə əməkdaşlığı və birliyi özündə ehtiva edən memorandumun əsas bəndlərindən biri də Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin yaradılması ilə bağlı idi.

Sonradan digər türk dövlətləri də bu təşəbbüsə dəstək verdilər. 2023-cü ilin aprel ayında Bakıda “Türk Dövlətləri Qiymətləndiricilərinin Zirvə Görüşü” keçirildi. Görüşdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan qiymətləndirmə birliklərinin rəhbərləri və nümayəndələri iştirak edirdilər. Birliyin Nizamnamə layihəsi, gələcək fəaliyyət istiqamətində mühüm razılaşmalar əldə edildi. Zirvə Görüşündə Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci, Qazaxıstan Banklar Assosiasiyasının vitse-prezidenti Marat Baytokov, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nargiza Mirzaraximova, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov və rəhbəri olduğu birliklərin rəsmiləri iştirak edirdi. İyun ayının 1-də isə Qazaxıstanın Türküstan şəhərində Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstanın və Şimali Kipr Türk Cümhuriyyətinin iştirakı ilə Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis yığıncağı keçirildi. Birliyin Nizamnaməsi və gələcək fəaliyyət istiqamətlərinin əks olunduğu sənəd qəbul edildi. Qazaxıstan Qiymətləndiricilər Birliyinin sədri Askar Omerbekov Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin prezidenti, mən isə vitse-prezidenti seçildim. 2024-cü ilin iyun ayında Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin ikinci qurultayının Bakıda keçirilməsi, Birliyin prezidenti səlahiyyətlərinin Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri olaraq mənə dövr edilməsi barədə razılıq əldə olundu.

- Türk dünyasının birliyi ideyası, türk dövlətlərinin vahid siyasi, iqtisadi və mədəni strategiyası barədə təəssüratlarınızı eşitmək maraqlı olardı...

- Dünya sürətlə dəyişir və bəşəriyyətin möhtəşəm elmi-texnoloji, iqtisadi və nəticə etibarilə həm də siyasi transformasiyalar ərəfəsində olduğu aydın sezilir. İzləməkdə olduğumuz tendensiyalar, dünya miqyasında dövlətlərarası münasibətlərin inkişafı istiqamətində formalaşmaqda olan yeni konfiqurasiyalar getdikcə daha maraqlı şəkil almağa başlayır. Hadisələrin gedişatı əminliklə söyləməyə əsas yaradır ki, türk dövlətləri üçüncü minilliyə vahid siyasət və mədəniyyət strategiyası üzrə hərəkət etmək və bu tendensiyanı uğur və qətiyyətlə davam etdirmək əzmi ilə daxil olurlar. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti tərəfindən ümumtürk bayrağının qəbul olunması XXI əsrdə türk dünyasının bütövləşməsi, vahid gücə çevrilərək dünya siyasətində daha önəmli bir statusa yiyələnməsi yolunda atılmış ən mühüm addımlardan biridir. Heç şübhəsiz, bu birliyin yaranmasında qardaş dövlətlərin rəhbərlərinin, ələlxüsus, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz rolu və əməyi var. Bu həmrəylik bütün sahələri əhatə etməlidir - siyasi, iqtisadi, mədəni və s. XXI əsr türk əsridir və türk dövlətləri arasında yüksələn əməkdaşlıq bunun bariz nümunəsidir.

- Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin fəaliyyəti nədən ibarət olacaq? Gələn ilin iyun ayında keçiriləcək Bakı konfransına qədər hansı işləri görmək niyyətindəsiniz?

- Türk Dövlətləri Qiymətləndiricilər Birliyi müxtəlif sahələrdə əməkdaşlığı özündə ehtiva edən ali sənəd - nizamnamə əsasında fəaliyyət göstərəcək. Müxtəlif vasitələrlə, o cümlədən qiymətləndirmə bazarının bütün iştirakçıları üçün bərabər şərait yaratmaqla qiymətləndirmə xidmətləri bazarının inkişafına və fəaliyyətinin sabitliyinə nail olmaq, üzvlərinin qiymətləndirmə xidmətlərinin keyfiyyəti ilə bağlı olaraq, üçüncü şəxslərin qeyri-qanuni iddialarından müdafiəsini təmin etmək, müxtəlif vasitələrlə, o cümlədən üzvlərinin peşəkarlıq səviyyəsini yüksəltməklə, qiymətləndirmə xidmətlərinin istehlakçılarının maraqlarının qorunmasını təmin etmək, Türk dünyası qiymətləndirmə standartlarını və vahid məlumat bazasını hazırlamaq, fəaliyyət və təcrübə mübadiləsi, qarşılıqlı olaraq sertifikatların tanınması, bir sözlə, qarşılıqlı və faydalı əməkdaşlığın bütün komponentləri üzrə strateji və taktiki işbirlikləri nəzərdə tutulub. Mütəmadi olaraq onlayn toplantıların keçirilməsi, oktyabr ayında isə Ankara şəhərində növbəti yığıncağın təşkili qərara alınıb.

- Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri seçilməyinizdən bir il ötür. Ötən dövr AQC-nin fəaliyyətində hansı yeniliklər müşahidə olundu və gələcək planlarınız nədən ibarətdir?

- Ötən dövr ərzində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sıraları genişlənib. Hazırda cəmiyyətə kollektiv üzv olan qiymətləndirmə şirkətlərinin sayı 60-dır. Dövlət orqanları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar, kütləvi informasiya vasitələri ilə faydalı və qarşılıqlı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığı özündə ehtiva edən Anlaşma memorandumları imzalanıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasıyası Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Mediasiya Şurası və digər qurumlarla faydalı münasibətlər qurulub.

Eyni zamanda, ötən dövr ərzində daşınmaz əmlak növlərinin qiymətləndirilməsi üzrə ardıcıl kurslar təşkil edilib. Bu kurslarda onlarla qiymətləndirici iştirak edib və iştirakçılardan bəziləri müvəffəqiyyət qazanaraq müvafiq sertifikatlar əldə edib. Bəzi sertifikatlar isə yenilənib. AQC tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarına müvafiq ixtisasartırma kursu təşkil edilib. AQC ilə Qazaxıstanın Qiymətləndiricilər Palatası, Özbəkistan Qiymətləndiricilər Cəmiyyəti, Qırğızıstan Qiymətləndiricilər İttifaqı arasında Anlaşma memorandumları imzalanıb. Türkiyə Dəyərləmə Uzmanları Birliyi və Hindistan Qiymətləndirmə Birliyi ilə imzalanan müqavilə ilə birlikdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) beş ölkə ilə münasibətlərini rəsmiləşdirmiş olub. Mətbuat orqanları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyətimiz bu gün də davam edir. Ötən dövr ərzində AQC-nin fəaliyyətindən bəhs edən onminlərlə məqalə tirajlanıb. Türkiyə, Qazaxıstan və digər dövlətlərin KİV-lərində AQC-nin fəaliyyətindən bəhs olunub.

- AQC-nin gələcək fəaliyyət istiqamətləri ilə bağlı planlarınız nədən ibarətdir? Azərbaycanda qiymətləndirmə sektorunun inkişafı üçün hansı addımlar atılmalıdır?

- Qeyd edim ki, Türkiyə qiymətləndirmə sahəsində dərin təcrübəyə malikdir və qardaş ölkədə tətbiq edilən qiymətləndirmə standartlarını və ənənələrini Azərbaycana gətirmək Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə Türkiyə Dəyərləmə Uzmanları Birliyi arasında imzalanan Anlaşma Memorandumunda da bu öz əksini tapıb. Azərbaycan qiymətləndiricilərindən ibarət nümayəndə heyətinin Türkiyəyə səfəri baş tutacaq. Bu səfərdə məqsəd Türkiyənin qiymətləndirmə təcrübəsini əxz etmək, faydalı təcrübə mübadiləsinə nail olmaqdır. Bu istiqamətdə maliyyə təsisatları, dövlət qurumları ilə müzakirələr aparmaq, əldə olunan yeniliklərin ölkəmizdə tətbiqi istiqamətində təkliflərlə çıxış etmək niyyətindəyik. Yəqin ki, qarşıdakı dövrdə bu aspektdə müzakirələrə başlayacağıq.

Azərbaycanda qiymətləndirmə sektorunun problemlərinə gəldikdə isə, digər sahələrdə olduğu kimi, bu sahədə də neqativ hallar mövcuddur. Qiymətləndirmə fəaliyyəti lisenziya, yəni dövlət orqanlarının razılığı ilə tənzimlənmədiyinə görə qiymətləndirmə standartlarından kənar fəaliyyət göstərən “şirkətlər və qiymətləndiricilər” bazarda meydan sulayırlar. Onlar müxtəlif şirnikləndirici vədlər qarşılığında “qaranlıq fəaliyyət”ə maraqlı olan subyektlərlə əməkdaşlıq edirlər. Çox təəssüf ki, onların tərtib etdiyi qiymətləndirmə layihələri mövcud reallığı əks etdirmir və müəyyən dairələrin maraqlarına xitab edir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ölkə qiymətləndiricilərinin kollektiv platforması olsa da, inzibati təsir alətlərinə malik deyil. Düzdür, biz dövlət qurumları ilə fəal əməkdaşlıq edirik və bu istiqamətdə də öz mövqeyimizi onların diqqətinə çatdırırıq. Lakin bizim təkliflərimiz tövsiyə xarakterlidir. Bu baxımdan qiymətləndiricilərin özünütənzimləmə mexanizminin formalaşdırılmasına, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəal iştirakı ilə qiymətləndirmə sahəsində mövcud olan neqativ halların aradan qaldırılması üçün inzibati təsir alətləri əldə etməsinə ciddi ehtiyac var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Zığ şosesində qəza: 8 Noyabr prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır