GƏLƏN İLİN DÖVLƏT BÜDCƏSİNİN LAYİHƏSİ MİLLİ MƏCLİSİN MƏDƏNİYYƏT MƏSƏLƏLƏRİ DAİMİKOMİSSİYASININ İCLASINDA MÜZAKİRƏ OLUNMUŞDUR
Maliyyə nazirliyinin idarə rəsisi Xəqani Rzayev demişdir ki, 2007-ci ilin əsas maliyyə sənədində mədəniyyət, incəsənət, bədən tərbiyəsi, idman və turizmin inkişafı üçün nəzərdə tutulmuş vəsait cari illə müqayisədə 19,4 milyon manat və yaxud da 27,5 faiz artırılaraq 90,2 milyon manat nəzərdə tutulmuşdur. Bu vəsait mədəniyyəti əhatə edən bütün sferalarda çalışanların əmək haqlarının artırılmasına və həmin sahələrdə islahatların həyata keçirilməsinə sərf olunacaqdır.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev mədəniyyətin ayrı-ayrı sahələri üçün nəzərdə tutulmuş vəsaitlərin artım faizləri, görüləcək işlər barədə məlumat vermişdir.
Sonra layihə ətrafında müzakirələr aparılmış, deputatlar və dəvət olunmuş mütəxəssislər rəy və təkliflərini bildirmişlər.
Sonda layihənin təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.