Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəlincik qucağında “erkən böyüyənlər”: Səbəb və nəticə - ARAŞDIRMA

Gəlincik qucağında “erkən böyüyənlər”: Səbəb və nəticə - ARAŞDIRMA

Bakı, 17 sentyabr, Göyçək Mahmudlu, AZƏRTAC

Azərbaycanda erkən evliliklərin, o cümlədən 18 yaşadək olan analar tərəfindən doğulan uşaqların sayı azalır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) məlumatına əsasən, ölkə üzrə 2022-ci ildə 18 yaşadək anaların dünyaya gətirdikləri uşaqların sayı 2011, 2023-cü ildə 1742, 2024-cü ildə isə 1279 olub. Bu nəticə erkən nikahlara qarşı aparılan tədbirlər nəticəsində əldə olunub. Lakin erkən evlilik hallarının hələ də mövcud olması narahatlıq yaradan haldır.

AZƏRTAC-ın əməkdaşları ölkəmizdə erkən evliliklərlə bağlı araşdırma aparıb, bu halın başvermə səbəblərinə, aparılan mübarizə tədbirlərinə və nəticələrə nəzər salıblar.

Xoşbəxt gələcək arzusu və reallıq

Mütəxəssislər bildiriblər ki, erkən nikah şəxsiyyətin hələ tam psixososial yetkinlik mərhələsinə çatmadan ailə qurmasıdır. Burada təkcə yaş deyil, emosional, sosial, intellektual inkişaf səviyyəsi də nəzərə alınır. Psixoloji baxımdan nikah isə iki fərdin məsuliyyəti paylaşması, sosial rolları yerinə yetirməsi, emosional və iqtisadi yükü birlikdə daşımasıdır. Lakin yetkinlik yaşına çatmayan fərdlər hələ buna hazır olmurlar.

Psixoloq Rəna Baxışova deyib ki, erkən nikahın ilk səbəblərindən biri sosial-iqtisadi faktorlardır. Maddi sıxıntıları çox olan bəzi ailələr qız övladlarını daha erkən yaşda ərə verərək məsuliyyətdən xilas olmağa çalışırlar. “Ana düşünür ki, əgər qapıma gələn elçi məndən daha yaxşı bir vəziyyətdədirsə, qızımı ona verərək, həm qızımın gələcəyini zəmanət altına alıram, həm də özümü onun məsuliyyətlərindən xilas etmiş oluram. Ona görə aztəminatlı ailələrdə nikah həm də sosial təminatdır. Həmin ailələr düşünürlər ki, qızı daha yaxşı ailəyə gəlin verirəmsə, deməli, onun üçün edəcəyim heç bir şey qalmır. Çünki onun gələcəyini artıq təminat altına alıram, qızın nə oxumağa, nə özünü kəşf etməyə, nə peşə sahibi olmağa ehtiyacı var. Bütün bunları onun üçün həyat yoldaşı edəcək. İkinci bir faktor mədəniyyət və adət-ənənədir. Bəzi bölgələrdə qızların erkən evlənməsi artıq bir adət halını alıb. Ənənəyə görə, müəyyən yaşa çatan qızlar mütləq ərə getməlidirlər. Yoxsa cəmiyyət, digər insanlar tərəfindən düşünüləcək ki, “həmin qız evdə qalıb, onu alan olmayacaq”. Bəzi ailələr fikirləşirlər ki, ailənin şərəfini qorumaq üçün elə qızı gözəgəlimli vaxtda ərə vermək lazımdır: qızımızı gözü açılmamış, həyatı dərk etməmiş ərə versək, o, ailədə daha itaətkar olacaq”.

Rəna Baxışovanın sözlərinə görə, erkən nikahların digər səbəbi təhsil imkanları ilə əlaqədardır. “Müəyyən yaşa çatan qızlar məktəbdən uzaqlaşdırılırlar. Bəzi valideynlərin fikrinə görə, qızları oxuma-yazmanı bilirlərsə, onlar üçün təhsil tamamlanıb. Təhsil sistemindən erkən uzaqlaşdırılan qızlar isə nikahdan başqa edə biləcəkləri heç nə olmadığını zənn edirlər. Ona görə də təhsil sistemi belə bəzi bölgələrdə erkən nikahın qarşısını almaqda güclü rol oynamır”, - deyə o diqqətə çatdırıb.

Psixoloqun fikrincə, digər amillər psixoloji və ailədaxili faktorlardır. “Valideynlər düşünürlər ki, ailədaxili münaqişələrdən qaçmaq üçün övladlarını erkən yaşda evləndirsinlər. Bununla yanaşı, yeniyetmələrin özlərinin romantik duyğuları, impulsiv qərarları da erkən nikahı artıran amillərdən biridir. Erkən nikah həm fərd, həm də cəmiyyət üçün mənfi psixoloji və sosial nəticələr verir. Yeniyetmələr həyatın real məsuliyyətlərinə hazır olmadıqları üçün nikahda adaptasiya çətinliyi yaşayırlar. Çünki həmin şəxs özünü kəşf etməyib, nə istədiyini, həyatda kim olduğunu bilmir, amma özünü bir evliliyin içində tapır. Bəzən isə qız uşağı evdə gəlincik oynadır, müəyyən müddətdən sonra onu ərə verirlər ki, sən artıq qadınsan, üzərində həyat yoldaşı, qayınana, qayınata məsuliyyəti olacaq. Halbuki bir yeniyetmə həyatın real məsuliyyətinə belə hazır deyil. Belə hallarda yüksək boşanma faizi qeydə alınır. Çünki bu cür evliliklərdə ailədaxili zorakılıq halları müşahidə edilir. Digər bir səbəb şəxsin inkişafının məhdudlaşdırılmasıdır. Təhsillərini davam etdirə bilməyən qızların əmək bazarında iştirak şansları azalır. Gənclər potensial bacarıqlarını reallaşdırmaq əvəzinə erkən yaşda valideyn roluna məcbur olunurlar. Bəlkə də, həmin gəncin gələcəyin çox yaxşı həkimi, müəllimi, dərzisi ola biləcək yüksək potensialı var. Lakin erkən nikah bütün bu potensialı məhv edir. Erkən nikahın digər bir mənfi nəticəsi isə artıq psixoloji travmalardır. Çünki məcburi erkən nikahlar zamanı qadınlarda posttravmatik stres, təşviş pozuntuları, depressiya yarana bilir. Erkən analıq həm fiziki, həm də psixoloji sağlamlıq üçün ciddi riskdir. Öz ehtiyaclarını hələ tam ödəyə bilməyən bir qadın anidən özünü ana kimi görür. Bütün bunlar bir qadın üçün psixoloji travmadır. Həmçinin uşaq hüquqlarının pozulması, uşaqlıq dövrünün oğurlanmasıdır. Çünki hər bir yeniyetmə normal psixososial inkişaf mərhələlərini yaşamalıdır: oyun oynamaq, təhsil almaq, peşə seçimi etmək, sosiallaşmaq. Erkən nikah isə bütün bunların hamısını yarımçıq qoyur”.

Qanunvericilik və məcburiyyətin yolverilməzliyi

AQUPDK-nın sədrinin köməkçisi və mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, ölkəmizdə erkən evliliklərin qarşısının alınması istiqamətində dövlət tərəfindən mütəmadi olaraq tədbirlər görülür, qanunvericilikdə dəyişikliklər edilir: “Azərbaycan Respublikasının Ailə Məcəlləsində qızların nikah yaşı oğlanlarla bərabələşdirilərək 18 olub. Cinayət Məcəlləsində nikah yaşına çatmayan qadını nikaha məcbur etməyə görə cəza tədbirləri müəyyən edilib. Digər maddədə 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə də cəza tədbirləri nəzərdə tutulur. Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilib”.

Teymur Mərdanoğlu deyib ki, bu qaydanın icrası 14 aidiyyəti quruma və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Dövlət Komitəsi, eləcə də, komitənin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən yeniyetmə və gənclərin erkən evlilik və qohum evliliklərinin mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılmasına dair mütəmadi olaraq məktəblərdə, ilk peşə və orta təhsil müəssisələrində şagird, tələbə, müəllim və valideynlərin iştirakı ilə maarifləndirici görüşlər təşkil olunur. “Dövlət Komitəsi uşaq evliliyi ilə bağlı məlumat daxil olan kimi komitənin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin, yerli icra hakimiyyətlərinin və polisin nümayəndəsinin iştirakı ilə ailələrə səfərlər təşkil edilir, bu cür nikahlara görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət izah olunur, belə halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür. Təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqların ailələri ilə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə səfərlər təşkil edilir, uşaqlarla fərdi profilaktik işlər aparılır, erkən evlilik faktlarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülür. Komitənin dəstəyi ilə uşaq hüquqlarının müdafiəsi üçün 116111 Uşaq qaynar xətti yaradılıb”, - deyə o diqqətə çatdırıb.

Mətbuat katibi vurğulayıb ki, Azərbaycanda erkən evliliyə məcbur etmək heç bir halda normal qəbul edilə bilməz. Bu, birmənalı olaraq gender əsaslı zorakılığın ən bariz “nümunəsi” kimi dəyərləndirilir: “Erkən evliliklərin mənfi nəticələrinin aradan qaldırılması, eləcə də belə halların baş verməsinin qarşısının alınması istiqamətində ciddi addımların atılması zərurəti yaranmışdı. Bu baxımdan erkən evliliklərin baş verməsinin qarşısının alınması istiqamətində qanunvericiliyə bir sıra dəyişikliklərin edilməsi ilə bağlı 2024-cü ildə Qanun qəbul edilib. Qanuna əsasən, Ailə Məcəlləsində nikah yaşının istisna hallarda 1 il azaldılması ilə bağlı icazələrin verilməsi ləğv edilib. Cinayət Məcəlləsində 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə, eləcə də İnzibati Xətalar Məcəlləsində 16 yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmaya görə, yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsinə görə, yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə mərasimlərin keçirilməsinə görə cəza tədbirlərin görülməsi ilə bağlı dəyişikliklər edilib. Qanun 2025-ci ilin iyulun 1-dən qüvvəyə minib”.

Nəzarət tədbirləri və birgə iş

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının mətbuat xidmətindən bildirilib ki, uşaq hüquqlarının müdafiəsi ombudsmanın fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Uşaq hüquqlarının müdafiəsi, erkən evlilik halları ilə bağlı təsisata daxil olmuş müraciətlər, o cümlədən ombudsmanın “916” Çağrı Mərkəzi vasitəsilə qəbul edilmiş zənglər araşdırılır, onların təmini istiqamətində zəruri tədbirlər görülür. Eyni zamanda, erkən evlilik halları ilə bağlı mediada yayımlanmış məlumatlar nəzarətdə saxlanılaraq, müvafiq işlər görülür: “Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində əsas fəaliyyət istiqamətlərindən birini onun qanunvericiliyin təkmilləşdirilməsi prosesində aktiv iştirakı təşkil edir. 2023 və 2024-cü illərdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsinə və digər əlaqəli normativ-hüquqi akt layihələrinə ombudsman tərəfindən rəy və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib və müvafiq qurumlar tərəfindən nəzərə alınıb. Həmin təkliflərdə uşaq hüquqları, o cümlədən uşaq alveri, uşağa qarşı zorakılıq, erkən evlilik anlayışlarının əlavə edilməsi və digər məsələlər əks olunub. Bununla yanaşı, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2025-2029-cu illər üzrə Milli Fəaliyyət Planı”, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı”nın layihələrinə bu istiqamətdə rəy və təkliflər verilib. Həmçinin Ombudsman Aparatına daxil olmuş müraciətlər və aparılan araşdırmalar təhlil edilib, uşaqlara qarşı zorakılığın, erkən evliliyin qarşısının alınması istiqamətində təkliflər hazırlanaraq ombudsmanın illik məruzələrinə daxil edilib, aidiyyəti səlahiyyətli qurumlara göndərilib. Qeyd olunmalıdır ki, ombudsmanın əvvəlki illik məruzələrində erkən evlilik hallarının aradan qaldırılması məqsədilə irəli sürdüyü bir sıra təkliflər, o cümlədən Ailə Məcəlləsinin 10.2-ci maddəsinin (Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər) çıxarılması ilə bağlı təklifi “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərə alınıb. Həmin dəyişikliklər erkən evlilik və qohum nikahları ilə bağlı mövcud problemlərin qarşısının alınmasına xidmət edir. Təhsil müəssisələrində psixoloji zorakılığın ağır nəticələrə səbəb ola biləcəyini, habelə təhsildən yayınma hallarının erkən evlilik, məcburi əmək və digər hüquq pozuntuları ilə nəticələnə biləcəyini nəzərə alaraq, ombudsmanın 2024-cü il üzrə məruzəsində İnzibati Xətalar Məcəlləsinin 181-ci maddəsi ilə fiziki və vəzifəli şəxslərə münasibətdə nəzərdə tutulmuş sanksiyaların sərtləşdirilməsi, habelə həmin maddənin dispozisiyasında qeyd olunan əməllərin məzmunu nəzərə alınaraq, 181.0.1, 181.0.2 və 181.0.3-cü yarımbəndlərin ayrıca bir maddədə komplektləşdirilməsi təklif olunub”.

Eyni zamanda, qeyd edilib ki, Ombudsman Aparatı tərəfindən həyata keçirilmiş monitorinqlər zamanı erkən evlilik halları nəzarətdə saxlanılır, müəssisələrdə bu istiqamətdə maarifləndirici görüşlər keçirilir. Təsisat tərəfindən uşaq hüquqlarının müdafiəsi, uşaqlara qarşı zorakılığın, erkən evliliklərin qarşısının alınması məqsədilə mütəmadi olaraq maarifləndirmə tədbirləri təşkil olunur: “Maarifləndirmə tədbirlərinin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını nəzərə alaraq müvəkkilin təşəbbüsü ilə 18 İyun-Milli İnsan Hüquqları Günü münasibətilə hər il mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı”, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının qəbul edilməsi günü ilə bağlı 20 oktyabr – 20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı” keçirilir. Hər il aylıqlar çərçivəsində Ombudsman Aparatı, mərkəzi və yerli icra hakimiyyəti orqanları, vətəndaş cəmiyyəti institutları, o cümlədən QHT və media nümayəndələri, icmalar tərəfindən uşaq hüquqları, o cümlədən erkən evliliklərin qarşısının alınmasına dair müxtəlif maarifləndirmə tədbirləri keçirilir, müsabiqələr, sərgilər təşkil olunur, araşdırmalar aparılır və hüquqların təmin olunması istiqamətində digər tədbirlər görülür. Ombudsman Aparatı və Müvəkkilin Regional mərkəzləri tərəfindən müntəzəm olaraq, o cümlədən bu aylıqlar çərçivəsində uşaqlar və onlarla işləyən şəxslər üçün uşaq hüquqları, o cümlədən uşaq alveri, erkən evliliklərlə mübarizə sahəsində silsilə tədbirlər həyata keçirilir. Ombudsman uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir, uşaq hüquqları, erkən evliliklə bağlı problemlərin həlli istiqamətində müzakirələr aparılır, birgə işlər görülür”.

Cəza və məsuliyyət

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov diqqətə çatdırıb ki, erkən nikahlarla mübarizə yetkinlik yaşına çatmamış şəxslərin hüquqlarının müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Həmin istiqamətdə polis əməkdaşları tərəfindən müvafiq qanunvericiliyin tələblərinə uyğun şəkildə zəruri tədbirlər görülməkdədir:“Tərəfimizdən erkən nikah hallarının qarşısının alınması, belə faktların aşkar olunması və hüquqi qiymət verilməsi məqsədilə mütəmadi olaraq preventiv və profilaktik xarakterli tədbirlər həyata keçirilir. Polis əməkdaşları tərəfindən risk qrupuna daxil olan ailələrdə maarifləndirici söhbətlər aparılır. İctimaiyyət arasında erkən nikahın hüquqi və sosial fəsadları ilə bağlı geniş izahat işləri görülür. Bundan əlavə, daxil olan məlumatlar əsasında aparılan araşdırmalar nəticəsində erkən nikaha cəhd və ya fakt aşkarlandığı halda qanunvericiliyə uyğun olaraq dərhal tədbirlər görülür. Təqsirli şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirləri tətbiq edilir. Bir daha vətəndaşları bu cür hallara qarşı həssas olmağa, erkən nikah faktları ilə bağlı məlumatları daxili işlər orqanlarına və ya “102” xidməti-zəng mərkəzinə bildirməyə çağırırıq”.

Maarifləndirmənin artırılması və alternativ imkanlar

AQUPDK-nın sədrinin köməkçisi və mətbuat katibi Teymur Mərdanoğlu diqqətə çatdırıb ki, erkən evliliklərin qarşısının alınması üçün dövlət tərəfindən görülən işlərlə yanaşı, ictimai fəal insanların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, din xadimlərinin, ümumilikdə bütün cəmiyyət üzvlərinin problemlə mübarizədə fəal olması, belə halların qarşısının alınmasında yaxından iştirak etməsi də çox önəmlidir.

Psixoloq Rəna Baxışova da hesab edir ki, erkən nikahlarla bağlı problemin həlli yalnız hüquqi qadağalarla mümkün deyil. Əsas iş maarifləndirmə, psixoloji dəstək, sosial imkanların artırılması istiqamətində aparılmalıdır. Çünki hər bir gəncin normal inkişaf, seçim azadlığı və xoşbəxt gələcək qurmaq hüququ var.

Rəna Baxışovanın sözlərinə görə, erkən nikahlarla mübarizə ilk öncə maarifləndirmə və şüurartırma yolları ilə aparılmalıdır. Ailələrə psixoloji seminarlar keçirilməli, erkən nikahların mənfi nəticələri həm elmi faktlarla, həm də həyat təcrübələri ilə göstərilməlidir. “İctimai kampaniyalar vasitəsilə gənclərin hüquqları barədə maarifləndirilmə aparılmalıdır. İkinci bir yol isə təhsil və inkişaf imkanlarının genişləndirilməsidir. Təhsilini davam etdirən qızların daha uğurlu olmalarını, daha yaxşı həyat qurmalarını faktlarla cəmiyyətə göstərmək lazımdır. Burada psixoloji dəstək çox önəmlidir. Risk qrupunda olan yeniyetmələrlə fərdi psixoloji məsləhətlər aparılmalı, sosial bacarıqlar təlimi təşkil edilməli, peşəyönümlü dəstəklər verilməlidir. Həmçinin ailələr üçün də ailədaxili ünsiyyət, münasibət bacarıqları kimi psixoloji təlimlər keçirilməlidir. Burada ictimai institutların rolu da böyükdür. Yerli liderlər və icmalar, müəllimlər bu məsələdə nümunəvi mövqe sərgiləməlidirlər. Həmçinin media pozitiv rol modelləri təqdim etməlidir. Yəni “erkən nikah bərabərdir xoşbəxtlik” stereotipi qırılmalıdır. Alternativ sosial imkanların yaradılması erkən nikahların qarşısının alınmasında daha bir effektiv üsuldur. Yeniyetmə qızların bacarıq kurslarına, sosial layihələrə, idman və mədəniyyət fəaliyyətlərinə cəlbi onların evlilikdən də başqa seçimlərə sahib olduqlarını göstərmək baxımından önəmlidir. Qısası, erkən nikah təkcə fərdin gələcəyini deyil, bütöv cəmiyyətin psixoloji sağlamlığını təhlükə altına qoyur. Bu, uşaqlığın əldən alınması, şəxsiyyətin inkişafının məhdudlaşdırılması, gələcəkdə ailədaxili münasibətlərdə münaqişələrin çoxalması deməkdir”, - deyə psixoloq vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Zığ şosesində qəza: 8 Noyabr prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır