GƏNC HÜQUQŞÜNASLAR BİRLİYİ NÖVBƏTİ YAY MƏKTƏBİ TƏŞKİL EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Gənc Hüquqşünaslar Birliyi (AGHB) İsveç Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə insan hüquqları üzrə növbəti yay məktəbi təşkil edəcəkdir.
Ali məktəblərin hüquq və beynəlxalq hüquq ixtisasları üzrə təhsil alan tələbələri, bu sahədə çalışan gənclər üçün nəzərdə tutulan iki həftəlik kursu müvəffəqiyyətlə başa vuranlara sertifikatlar təqdim olunacaqdır.