GƏNC RƏSSAMIN ƏSƏRLƏRİNİN SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 9-da “Hyatt Regency” mehmanxanasında gənc rəssam Mehriban Əfəndinin əsərlərindən ibarət sərgi açılmışdır. Bu, rəssamın ilk sərgisi deyildir. Əsərləri bundan əvvəl Moskva və Daşkənd şəhərlərində nümayiş etdirilmişdir.
M.Əfəndi Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini başa vurduqdan sonra Moskva Rəssamlıq İnstitutunda animasiya kursunu bitirmişdir. Hazırda C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında geyim üzrə rəssamdır. Uzun illərdir ki, rəssam kimi uşaq filmlərinə və bədii filmlərə quruluş verir.
“Xəyallarımın mistik səyahəti” adlandırdığı bu sərgidə rəssam daha çox rəngli boya ilə fantastik üslubda işlədiyi əsərləri nümayiş etdirir. Tamaşaçılar “Bahar nəğmələri”, “Kainatların inteqrasiyası”, “Gecənin missiyası” kimi tablolara daha çox maraq göstərirlər.
Sərgi sentyabrın 14-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]