GƏNC RƏSSAMLARIMIZ MOSKVADA “YENİ NƏSİL” SƏRGİSİNDƏ İŞTİRAK EDİRLƏR
Beynəlxalq Rəssamlar İttifaqları Konfederasiyası MDB-nin üzvü olan dövlətlərin Mədəni Əməkdaşlıq Şurasının, Rusiya xarici işlər və mədəniyyət nazirliklərinin dəstəyi və köməyi ilə gənc rəssamların “Mərkəzi Rəssamlar Evi-2003. Yeni nəsil” sərgisini keçirir. Sərgidən başlıca məqsəd yeni adları və əsərləri üzə çıxarmaq, habelə milli məktəbləri təmsil edən ən istedadlı rəssamların əsərləri ilə təsviri sənəti zənginləşdirməkdir.
Azərbaycan rəssamlarının ekspozisiyasına çoxjanrlı əsərlər daxildir. Onların əsas mövzusunu vətənə məhəbbət, Azərbaycan təbiətinin gözəllikləri, habelə tariximizdən süjetlər təşkil edir. Yusif Cəfərovun “Müharibə əlaməti”, Fəridbəy Kərimovun “Qırğın”, Mahmud Rüstəmovun “Mələk”, Eldar İbadullayevin “Yuxu”, Raidə Mustafayevanın “Şəki” lövhələri və digər əsərlər diqqəti xüsusilə cəlb edir. Bu rəssamların hamısı təsviri sənətdə öz nəslinin sözünü demişlər.
Sərgi martın 23-dək davam edəcəkdir. Azərbaycan rəssamlarının işləri həm sənətşünaslar, həm də təsviri sənət həvəskarları tərəfindən böyük maraqla qarşılanır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]
Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub
- 10.08.2026 [11:05]
Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası
- 09.08.2026 [14:26]