Gənc şairin ilk kitabının təqdimatı olub
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Xəzər (Bakı) bölməsində gənc şair Adil Əkbərin "İsmət günəşi" kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AYB-nin Xəzər bölməsinin sədri Arif Buzovnalı çıxışında şairin yaradıcılıq xüsusiyyətləri haqqında danışıb. O bildirib ki, Adil Əkbərin yaradıcılığında zaman keçdikcə fərq özünü daha aydın göstərir.
Daha sonra ilahiyyatçı Hacı Ramil Bədəlov, Şəhid Vüsal Məmmədovun anası Mahirə xanım və AYB-nin Xəzər bölməsinin üzvləri şairə Gülarə Munis, Kamal Hüseynzadə, Zaur Rəxşan və digərləri çıxış ediblər. Şairi ilk kitabı münasibətilə təbrik edən həmkarları ona yeni yaradıcılıq uğurları arzulayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]