Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun inşasına başlanılıb
Qazax, 7 fevral, Rauf Hacıyev, AZƏRTAC
Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun tikintisinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun inşası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində aparılır.
Layihə rəhbəri bildirib ki, yeni yolun tikintisi üçün “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən lazımi işlər görülüb. Avtomobil yolunun 3 ilə çəkilməsi nəzərdə tutulur.